Sevastopolda iki Ukrayna vətəndaşı təxribat hazırlamaqda şübhəli bilinərək təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, özəl mühafizə xidmətinin əməkdaşları iki nəfərin Balaklava rayonu ərazisində suqəbuledici məntəqənin yaxınlığında torpaq qazdığını görüblər. Onların sənədləri yoxlanılıb - kişilərin Ukrayna vətəndaşları olduğu üzə çıxıb. Onların telefonlarında rayonun infrastruktur obyektlərinə gedən marşrutun xəritəsi olub.
Saxlanılan şəxslər xəzinə axtardıqlarını, lakin təsadüfən itdiklərini iddia ediblər. Hər iki şəxs tutulub.
Ağarza Elçinoğlu










.jpg)





.jpg)



.jpg)




.jpg)



.jpg)

.jpg)


.jpeg)










.jpg)












