Şəkidə yük avtomobilində yangın olub.
"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında rayonun Öyrət kənd ərazisində qeydə alınıb.
Belə ki, 1991-cü il təvəllüdlü Qaracayev Murtuzəli Əmircan oğluna məxsus "Renault" markalı BO435SS Gürcüstan DQN-lı yük avtomobilində yanğın baş verib.
Yanğın yerinə yanğınsöndürən maşın və şəxsi heyyət cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Yangın zamanı yük avtomobilinin şinləri yanıb.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli











.jpg)















.jpg)

























.jpeg)



