Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Belə ki, "VAZ-2106" markalı avtomobil körpü yaxınlığında idarəetmədən çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində 2004-cü il təvəllüdlü K.Həsənzadə və 2003-cü il təvəllüdlü T.Namazov xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıblar. Qəza zamanı nəqliyyat vasitəsinin sürücüsü isə yüngül xəsarət aldığından xəstəxanaya müraciət etməyib.
Faktla bağlı araşdırmalara başlanılıb.



.jpg)












.jpg)












.png)
.jpeg)





.jpg)
.jpg)

.jpg)



.jpg)







