Goranboy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Unikal" xəbər verir ki, Abbasqullular kəndində baş verən qəzada "VAZ" markalı avtomobilin yük maşınına çırpılması nəticəsində, minik maşınında olan, 1990-cı il təvəllüdlü Kərimova Rəqsanə, 1988-ci il təvəllüdlü Kərimov Fəxri və 1959-cü il təvəllüdlü Tahirə Babayeva müxtəlif bədən xəsarətləri alıblar.
Onlardan F.Kərimov Goranboy rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.



.jpg)












.jpg)












.png)
.jpeg)





.jpg)
.jpg)

.jpg)



.jpg)







