Avropa İttifaqı ölkələrində 2100-cü ilə qədər yaşlı insanların sayı əməkqabiliyyətlilərdən ikiqat çox ola bilər.
Unikal.org xəbər verir ki, bu barədə “Eurostat” tərəfindən hazırlanan demoqrafik proqnozda bildirilir.
“2100-cü ilə qədər yaşı 65-dən yuxarı olan insanların payı 15-64 yaş arasında olan əhali ilə nisbətdə 57% ola bilər ki, bu da 2019-cu illə (31%) müqayisədə 2 dəfə çoxdur. 2009-cu ildə isə bu nisbət 26% idi. Bu, o deməkdir ki, yaşı 65-dən yuxarı olan hər adam başına iki nəfərdən az əməkqabiliyyətli insan düşəcək”, -deyə məlumatda bildirilir.
Xatırladaq ki, hazırda Yer sakinlərinin sayı 7,8 mlrd nəfərə çatır. Hər il isə planetimizin əhalisinin sayı 82 mln nəfər artır.





.jpeg)
.jpg)












.jpg)












.png)
.jpeg)





.jpg)
.jpg)

.jpg)



.jpg)






