İspaniyada helikopter qəzası nəticəsində iki nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Kataloniya muxtar bölgəsinin hüquq-mühafizə orqanı bildirib.
Məlumata əsasən, hadisə Kataloniya muxtar bölgəsinin Leyda əyalətinin La-Vansa-i-Fornols ərazisində qeydə alınıb. Qəza nəticəsində helikopter yanıb. Hadisə helikopterin elektrik ötürücüləri naqillərinə baxış keçirdiyi zaman baş verib.
Yanğınsöndürən maşınların köməyi ilə yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.































.webp)






.jpeg)












.webp)



.jpg)


