Ötən il Azərbaycanda qeydə alınmış cinayətlər nəticəsində 331 nəfər qadın dünyasını dəyişib.
Unikal.org-un məlumatına görə, Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq, bildiriblər ki, bu göstərici 2017-ci ildə 337 olub.
Ümumilikdə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin ümumi sayı 2017-ci ildə 21 561 nəfər, 2018-ci ildə 21 382 nəfər olub. Onlardan 2017-ci ildə 1 268 nəfəri, 2018-ci ildə 1 221 nəfəri məişət zorakılığı ilə bağlı cinayətlərdən zərər çəkib.
Məişət zorakılığından daha çox qadınlar zərər çəksə də, zərərçəkənlər arasında kişilər də olub.
2017-ci ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin 304-ü kişi, 964-ü qadın, 2018-ci ildə 306-sı kişi, 915-i qadın olub.
Son iki il ərzində qadınlara qarşı törədilmiş qeydə alınmış cinayətlərin sayı bir qədər azalıb. 2017-ci ildə belə cinayətlərin sayı 5 755, 2018-ci ildə 5 603 olub.
300-dən çox kişi zorakılığın qurbanı oldu - Azərbaycanda
16:58 07-05-2019
HADİSƏ
XƏBƏR LENTİ
19:15
18:59
18:20
17:59
17:41
17:06
16:57
16:15
15:27
15:09
13:55
13:39
12:54
12:41
12:26
12:10
11:35
11:16
10:59
10:32
10:24
09:53
09:45
09:40
09:39
09:21
09:15
08:59
01:40
01:13
Daha çox yüklə

























































