İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.
Unikal.org-un xəbərinə görə, rayonun Lahıc qəsəbə sakini, 1967-ci il təvəllüdlü Allahyarov Məmmədağa Məhəmməd oğlu yük avtomobilinə ot yığarkən ehtiyatsızlıq edib və avtomobilin üstündən yerə yıxılıb.
Ağır kəllə-beyin travması alan M.Allahyarov təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasınının reanimasiya şöbəsinə çatdırılsa da, orada ölüb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
























.jpg)















.jpeg)

.jpeg)















