Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mayın 25-də Bərdə şəhərində vətəndaşları qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, qəbul Yeni Azərbaycan Partiyasının Bərdə təşkilatının binasında baş tutacaq.
Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının sakinləri qəbulda iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, ETSN-nin 168 saylı "Qaynar xətti, 12 saylı (Bərdə) ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.





















































