ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə Vaşinqtonun İranla bağlı mümkün gələcək hərəkətlərini müzakirə etmək üçün görüş keçirib.

"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. 

Məlumata görə, görüş Amerika liderinin Virciniyadakı qolf klubunda baş tutub. İştirak edənlər arasında vitse-prezident C.D.Vens dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Ratcliffe və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uittkoff da var. 

Qeyd olunur ki, Ağ Ev rəhbərinin bir həftə ərzində milli təhlükəsizlik qrupunun nümayəndələri ilə növbəti görüş keçirməsi gözlənilir.