Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində toyda iştirak edən 400 nəfərdən təxminən 100-ü zəhərlənib.
Unikal.org APA-ya istinadən xəbər verir ki,Marneuliyə təcili olaraq Tiflis və yaxın rayonların xəstəxanalarından həkimlər cəlb olunub. Tibbi yardım üçün müraciət edənlərə müvafiq yardım göstərilir. Hazırda Marneuli xəstəxanasına 100-dək zəhərlənən xəstə yerləşdirilib.
Hadisə yerinə Kvemo Kartli qubernatoru Paata Xizanaşvili və Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev gəliblər.
Kütləvi zəhərlənmənin səbəbi barədə hələlik məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.












.jpg)







_1766155543.jpeg)



.jpg)



.jpg)
.webp)








.webp)












