"İqtisadi artımın və yeni iş yerlərinin yaradılmasının mühüm şərtlərindən biri investisiya fəallığıdır. Cari ilin 9 ayında əsas kapitala investisiyalar real ifadədə 10,9 faiz, qeyri-neft-qaz sektorunda özəl investisiyalar isə təxminən 21 faiz artıb. Bu investisiyalar yeni istehsal və xidmət sahələrinin inkişafına, regionlarda iqtisadi fəallığın və məşğulluğun genişlənməsinə imkan yaradır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
Nazir müavini bildirib ki, 2027–2030-cu illər üzrə proqnozlaşdırılan ölkə üzrə yaşayış minimumunun dəyəri müvafiq olaraq 314, 329, 344 və 359 manat təşkil edir:
"2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun dəyəri 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilib. 2027-ci il üçün qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində müəyyən edilib. Qarşıdakı dövrdə əsas vəzifələrimiz qəbul edilmiş dəstək alətlərinin tam tətbiqi və onların iqtisadi təsirinin mütəmadi qiymətləndirilməsi, sənaye və istehsal layihələri üçün uzunmüddətli maliyyələşmə mexanizmləri yaradılması, qeyri-neft-qaz ixracının həcminin və coğrafiyasının genişləndirilməsi, strateji investisiya layihələrinin sürətləndirilmiş icrası, nəqliyyat dəhlizləri boyunca iqtisadi fəallığın təşviqi, 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası və Böyük Qayıdışa dair ikinci dövlət proqramının icrasını təmin etməkdən ibarətdir".
Anar Kəlbiyev














.webp)



















.jpg)












.png)




