"ABŞ prezidenti Donald Trampın bir sıra flaqman hərbi layihələri, o cümlədən "Qızıl Günbəz" raketdən müdafiə sistemi və "Qızıl Donanma" proqramı, Respublikaçıların ara seçkilərdən sonra Konqresdəki çoxluğunu itirməsi səbəbindən azaldıla və ya dondurula bilər".
"Unikal" xəbər verir ki, bu barədə "Axios" müdafiə analitiklərinə istinadən yazıb.
Portal "TD Cowen" tədqiqat qrupunun qeydindən sitat gətirir:
"Tramp brendli layihələr artıq bitib. "Qızıl Günbəz", Qızıl donanma və digər imza təşəbbüsləri mərhələli şəkildə dayandırılacaq".
Məlumata görə, ekspertlər 1,5 trilyon dollarlıq müdafiə büdcəsinin təsdiqlənməsi perspektivlərinin artıq çox az olduğunu, çünki onu sadə səs çoxluğu ilə tez bir zamanda təsdiqləmək mexanizminin artıq mövcud olmadığını qəbul edirlər.
Bundan əlavə, portalın məlumatına görə, Demokratların qələbəsi İran əməliyyatı ilə bağlı genişmiqyaslı araşdırmaları və Pentaqon rəhbəri Pit Heqsetin mümkün impiçmentini təhdid edir.
Xatırladaq ki, ABŞ-də keçirilən 2026-cı il aralıq seçkilərində Demokratlar Partiyası Konqresin hər iki palatasında (Nümayəndələr Palatası və Senat) çoxluğu əldə edərək qələbə qazanıb.
Gülayə Mecid




















.jpg)












.png)













.jpg)


