02 noyabr 2026-cı il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Bozayran kəndində Bozayran, Dəryavar və Osnakəran kəndlərinin sakinləri ilə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.

"Unikal" xəbər verir ki, 160 sakinin iştirak etdiyi qəbulda çıxış edən RİH başçısı Orxan Məmmədov ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra sakinlərin müraciətləri diqqətlə dinlənilib, bir sıra məsələlər yerində araşdırılaraq operativ həll olunub. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrası üçün aidiyyəti qurumlara yönləndirilib.

Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.