Türkiyənin Kapadokiya bölgəsində uçqun baş verib.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Uçqun Göreme Açıq Hava Muzeyinin girişinin yaxınlığında "Pəri bacası"nda olub. Nevşehir əyalətinin valisi Hüseyn Kök uçqunun güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində baş verdiyini bildirib. Axtarış-xilasetmə işləri davam edir.