ABŞ Prezidenti Donald Tramp İsrailin rəsmi şəxslərinin onun Baş nazir Benyamin Netanyahuya seçki kampaniyasında dəstək verməsini istədiklərini bildirib. Bununla belə, o, Netanyahuya dəstək verəcəyinə dair vəd verməyib.
"Unikal" xəbər verir ki, o, bu barədə “Newsmax”a danışıb.
Həmçinin, ABŞ Prezidenti Netanyahu ilə münasibətlərinin yaxşı olduğunu və birlikdə uğurlu nəticələr əldə etdiklərini qeyd edib. Lakin ona İsrailin baş nazirinə etibar edib-etmədiyi barədə sual verildikdə, Tramp belə cavab verib:
“Düzünü desəm, mən heç kimə etibar etmirəm. Siyasət dünyasında heç kimə güvənmirəm”.
Tramp ABŞ və İsrailin İrana qarşı müharibə zamanı əməkdaşlığını da yüksək qiymətləndirib. Onun sözlərinə görə, iki ölkənin birgə hərbi əməliyyatları Tehranın hərbi imkanlarına və ölkə rəhbərliyinə ciddi zərbə vurub.



































.jpg)


.jpg)









.jpeg)


