Bu il oktyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,8 % artaraq 900 967 təşkil edib.

"Unikal" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Yanvar-sentyabr aylarında ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 6,9 % artaraq 62 414 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 6,2 % artımla 247 206 təşkil edib.