Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hesab edir ki, Azərbaycanın iştirakı ilə keçirilən Məşvərət görüşü tarixi əhəmiyyətə malikdir.

"Unikal" xəbər verir ki, bunu Mirziyoyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

"Bu gün görüşümüz xüsusi əhəmiyyət kəsb edir. O, ilk dəfə olaraq qardaş Azərbaycanla birlikdə keçirilir", – o qeyd edib.