Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Unikal" xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariq yığması ilə üz-üzə gələcək. B qrupunun qarşılaşması “Bank Respublika Arena”da keçiriləcək və oyun saat 17:45-də başlayacaq. Görüşün baş hakimi Lüksemburqdan olan Yasmin Sabotiç olacaq.

Qeyd edək ki, Azərbaycan U-21 millisi hazırda 6 komandanın yer aldığı qrupda 7 xalla 5-ci pillədə qərarlaşıb.