UEFA Millətlər Liqasının qrup mərhələsinin dördüncü tur matçında Portuqaliya millisi Norveçi məğlub edib.
"Unikal" xəbər verir ki, matç 2:1 hesabı ilə başa çatıb.
Norveçli müdafiəçi Kristoffer Aer 36-cı dəqiqədə hesabı açıb. İki dəqiqə sonra Joau Kanselo bərabərlik qolunu vurub. Ev sahiblərinin hücumçusu Qonsalo Ramos 79-cu dəqiqədə qələbə qolunu vurub. 86-cı dəqiqədə Portuqaliya millisinin yarımmüdafiəçisi Şiko Konseysau meydandan qovulub və bundan sonra ev sahibləri oyunu on nəfərlə davam etdiriblər.
Portuqaliya kapitanı Kriştiano Ronaldo matçda oynamayıb.
Portuqaliya 12 xal qazanaraq 4-cü qrupda liderliyini qoruyub. Üç xalla Norveç üçüncüdür.

























































