Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Budapeştin hərəkətlərinə cavab olaraq, Rusiya Macarıstanın Moskvadakı səfirliyinin, eləcə də ölkənin Sankt-Peterburq və Kazandakı baş konsulluqlarının əməkdaşlarını ölkədən çıxarır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN bəyanat yayıb. 

"Moskvadakı Macarıstan səfirliyinin, Sankt-Peterburq və Kazandakı baş konsulluqların bir qrup əməkdaşı iki həftə ərzində Rusiya ərazisini tərk etməlidir" , - məlumatda qeyd olunub. 

Həmçinin, Rusiya Xarici İşlər Nazirliyi  Budapeştin bir sıra diplomatik heyətin respublikanı tərk etməsi tələbi ilə əlaqədar Macarıstanın Rusiyadakı müvəqqəti işlər vəkili Qabor Gergiksə sərt etirazını bildirib.

Sentyabrın 8-də Macarıstanın xarici işlər naziri Anita Orban  on rus diplomatının Macarıstandan çıxarıldığını elan edib. O, Vyana Konvensiyasına əsasən, onların Macarıstanda "diplomatlar üçün qəbuledilməz fəaliyyətlərlə" məşğul olduqlarını iddia edib. 

Bundan əlavə, Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov Moldova ərazisində naməlum dronların qəzaya uğraması ilə bağlı Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Gülayə Mecid