ABŞ prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılmasını əmr edib.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. 

Nəşr bildirib ki, "Tramp Vaşinqtonda zərərli ağcaqanad populyasiyasını ən azı 90 faiz, gənə populyasiyasını isə ən azı 50 faiz azaltmağı tapşıran bir sərəncam imzalayıb". 

Qeyd olunur ki, proqramın həyata keçirilməsi biotexnologiya və qeyri-kimyəvi metodların istifadəsini əhatə edir. Daxili İşlər və Kənd Təsərrüfatı katibləri, eləcə də Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) rəhbəri planın hazırlanmasında iştirak edəcəklər.

Gülayə Mecid