Danimarkanın səfiri Rolf Holmbou bu ölkənin hərbi helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb.
“Unikal” xəbər verir ki, Rusiya XİN-in məlumatına görə, sentyabrın 14-də Baltik dənizində Danimarkanın “Fennec” helikopteri xəbərdarlıqlara baxmayaraq “Soobrazitelni” korvetinə yaxınlaşıb. Gəmidən iki siqnal raketi atıldıqdan sonra helikopter ərazini tərk edib.
Moskva hadisə ilə bağlı etirazını bildirib və belə hərəkətlərin gərginliyi artıra biləcəyi barədə xəbərdarlıq edib.












































