Dubaydan Təl-Əvivə uçan "FlyDubai" təyyarəsinin qaçırılması ilə bağlı iddialar fonunda, təyyarə eniş etdikdən sonra təfərrüat məlum olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Flydubai" reysində rusiyalı pilota ilk hücum edən şəxs ukraynalı pilot olub.
İstintaqın məlumatına görə, ukraynalı ikinci pilot təyyarəyə nəzarəti ələ keçirmək məqsədilə rusiyalı kapitana bıçaqla hücum edib və ona bir neçə zərbə endirib. Daha sonra o, təyyarəni aşağı yönəldərək, göyərtədəki sərnişinlərlə birlikdə onu qəzaya uğratmağa cəhd edib.
Hazırda aviaşirkətin İsrailə uçan bütün reysləri təhlükəsizlik yoxlamaları üçün xüsusi ayrılmış əraziyə yönləndirilir.
"Flydubai" reysində baş verən bu insident əvvəlcə irimiqyaslı terror aktı cəhdi kimi qiymətləndirilmişdi. Təyyarə göyərtədə olan və həmin vaxt iş başında olmayan pilotların köməyi sayəsində təhlükəsiz şəkildə yerə enib.
Onlar sentyabrın 30-u səhər saatlarında təyyarənin Səudiyyə Ərəbistanında uğurla eniş etməsinə kömək ediblər.
"FlyDubai" təyyarəsinin pilotlarının Oman və BƏƏ vətəndaşları olduğu müəyyən olunub.
Ağarza Elçinoğlu





















.webp)



































