Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexnika zavodunda baş verən partlayış nəticəsində 13 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, xilasedicilər daha 2 nəfəri axtarırlar.

Daha əvvəl təcili yardım xidmətləri yanğın və partlayışın baş verdiyi anbarın yeddi işçisi ilə əlaqə saxlamaq mümkün olmadığını bildirmişdi.

İlkin məlumatlara görə, yanğın və partlayışa qısaqapanma səbəb ola bilər.

*** 19:17

Rusiyanın Yaroslavl vilayətindəki fişəng istehsalı müəssisəsində yanğın baş verib.

"Unikal" xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin məlumatına görə baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölənlərin cəsədləri uçmuş konstruksiyaları təmizləyən xilasedicilər tərəfindən tapılıb. 

Müəssisədə baş verən yanğın artıq lokallaşdırılıb. Müəssisədə iki bina yanır; 100-dən çox təcili yardım xidməti işçisi və 40 ədəd xüsusi texnika yanğını söndürmək üçün çalışır.

Hadisə Pereslavl-Zalesski bələdiyyə rayonu, Kubrinsk şəhəri, Parkovaya küçəsi, 1 ünvanında baş verib. Yanğın fişəng istehsalı müəssisəsində baş verib. İlkin məlumatlara görə, müəssisədə partlayış olub.