Lionel Messi karyerasında növbəti tarixi göstəriciyə çatıb.
"Unikal" xəbər verir ki, argentinalı ulduz MLS-də “İnter Mayami”nin “San Dieqo” ilə 2:2 hesablı heç-heçə etdiyi oyunda fərqlənib.
Messi 24-cü dəqiqədə cərimə zərbəsindən qol vuraraq hesabı bərabərləşdirib.
Bu qol 39 yaşlı futbolçunun peşəkar karyerasında 930-cu, birbaşa cərimə zərbəsindən isə 75-ci qolu olub. Eyni zamanda Messi “İnter Mayami”nin formasında bütün turnirlər üzrə qol sayını 101-ə çatdırıb.





















.webp)



































