Silivri Baş Prokurorluğu tərəfindən Milli Kəşfiyyat Təşkilatının Asiya Bölgəsinin keçmiş baş müşaviri Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri Həbsxanasında ölümü ilə bağlı başladılan istintaq çərçivəsində təşkilati təbliğat iddiaları əsasında "Kurtlar Vadisi Pusu" serialı ilə bağlı istintaq başlanıb.
"Unikal" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Qeyd olunur ki, Silivri Baş Prokurorluğu, "Kurtlar Vadisi Pusu" serialında "Kazım Kaşifoğlu" obrazının xain kimi təsvir edilməsi və sonradan ölümü, bəzi səhnələrdə "FG" baş hərfləri olan nəqliyyat vasitələrinin nömrə nişanlarının istifadəsi və serialın müəyyən epizodlarında FETÖ/PDY silahlı terror təşkilatının lehinə təbliğat, gizli mesajlar, təşkilati təlimatlar və ya rəhbərlik olması iddiaları ilə bağlı iddiaların sahə mütəxəssislərindən ibarət ekspert komitəsi tərəfindən araşdırılacağına qərar verib.
Xatırladaq ki, iki gün əvvəl “Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində iki saatdan çox ifadə vermişdilər.
Gülayə Mecid
















.jpg)































