Ukrayna Prezidenti Volodimir Zelenski Amerika səfirlərindən "rusların danışıqlara hazır olduqları" barədə mesaj alıb.

"Unikal" xəbər verir ki, bu barədə o, "Axios"a verdiyi müsahibədə deyib. 

Zelenskinin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskvaya səfərindən sonra Rusiya Prezidenti Vladimir Putin danışıqların irəliləməsi üçün ideyaları "müzakirə etməyə hazırdır".

O, həmçinin qeyd edib ki, Moskva qış hücumunun və Ukrayna infrastrukturuna hücumların Kiyevi "daha çox güzəştə getməyə hazır" edəcəyinə ümid edir. Bununla belə, Ukrayna Prezidenti vurğulayıb ki, Ukrayna artıq "bütün mümkün güzəştlərə" gedib.

Bundan əlavə, Zelenski əlavə edib ki, istənilən diplomatik proses təhlükəsizlik zəmanətləri və Ukrayna üçün iqtisadi dəstək paketi tələb edəcək.

Müsahibədə Zelenski, həmçinin bildirib ki, Ukrayna diplomatik prosesi bərpa etmək üçün sentyabr və oktyabr aylarından istifadə etmək istəyir. Bundan əlavə, Ukrayna lideri bildirib ki, ABŞ qışdan əvvəl və qış mövsümü ərzində Ukraynadakı münaqişənin gərginliyini azaltmaq imkanlarını araşdırır.