İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal karyerasında ən uzun qolsuz və assistisiz seriyasını keçir.
"Unikal" xəbər verir ki, 19 yaşlı ispaniyalı futbolçu ardıcıl 8 rəsmi matçdır qol vurmur və məhsuldar ötürmə etmir.
Hücumçu sonuncu dəfə iyunun 21-də, İspaniya millisinin 2026-cı il dünya çempionatında Səudiyyə Ərəbistanını 4:0 hesabı ilə məğlub etdiyi oyunda qol vuraraq fərqlənib.
Qeyd edək ki, futbolçu “Barselona”nın əsas komandasında 2023-cü ilin aprelində debüt edib. O, kataloniyalıların heyətində 153 matç keçirib, 49 qol vurub və 52 məhsuldar ötürmə edib. İspaniya millisində isə 33 oyuna 7 qol vurub və 13 assist edib.





.jpg)

.jpeg)























.jpg)







_1766155543.jpeg)



.jpg)



