Şəxsi həyatını göz önündən uzaq tutmağa üstünlük verən müğənni Gökhan Özen uzun müddətdir münasibətdə olduğu Naz Canbazla evlənib.

"Unikal" xəbər verir ki, ikinci dəfə ailə quran tanınmış ifaçı bu barədə İnstaqram hesabında romantik paylaşım edib. 

"Həyatda ən gözəl şeylərdən biri, doğru insanı tapdığınız zaman hər şeyin öz yerinə düşməsidir. Sevgi, hörmət, sədaqət və qadına həqiqətən dəyər verməyin lütfü... Qalanları sadəcə detallardır. Əgər məqsəd iki insanın həyatını birləşdirməsidirsə, biz bunu ən sadə və ən səmimi şəkildə etmək istədik. Dəbdəbədən və göstərişdən uzaq... Çünki bizim üçün əsl olan sevgi, bağlılıq və bir-birimizə olan hörmətdir. Bütün təbrik mesajları üçün əvvəlcədən təşəkkür edirəm", - deyə o bildirib.

Xatırladaq ki, Gökhan Özen  6 illik həyat yoldaşı Selen Sevigendən 2016-cı ildə boşanmışdı. Bu nikahdan onların Ada Deren və Derin Su adlı iki qız övladı var.

Selen Sevigen CHP İstanbul Milletvekili Mehmet Sevigenin qızıdır.