Azərbaycanın MMA idmançısı Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti qələbəsini qazanıb.

"Unikal" xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən UFC Fight Night turnirində slovakiyalı Lyudovit Kleynlə üz-üzə gəlib.

T. Musayev ikinci raundda rəqibini texniki nokautla məğlub edib.