Braziliyanın "İnternasional" klubunun müdafiəçisi Viktor Qabriel barəsində maraqlı qərar qəbul edilib.
"Unikal" Braziliya mətbuatına istinadən xəbər verir ki, ölkənin Ali İdman Ədalət Məhkəməsinin İntizam Komissiyası 22 yaşlı futbolçunun cəzasını zədələdiyi rəqib futbolçunun sağalması ilə əlaqələndirib.
Hadisə Braziliya A Seriyasının XIX turu çərçivəsində keçirilən "İnternasional" – "Kruzeyro" qarşılaşmasında yaşanıb. Oyunun 58-ci dəqiqəsində Viktor Qabriel "Kruzeyro"nun hücumçusu Qabriel Pekə qarşı sərt müdaxilə etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Qarşılaşmadan sonra aparılan tibbi müayinələr zamanı Qabriel Pekin sol baldır sümüyünün sındığı müəyyən edilib. Futbolçu əməliyyat olunub və onun təxminən 3-4 ay ərzində yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
İntizam Komissiyasının qərarına əsasən, Viktor Qabriel yalnız Qabriel Pek tam sağalıb komanda ilə məşqlərə başladıqdan sonra rəsmi matçlarda forma geyinə biləcək. Bu qərar futbol ictimaiyyətində qeyri-adi intizam tədbiri kimi qiymətləndirilir.




































.jpg)









.jpg)


.jpg)





