ABŞ-nin İllinoys ştatında qandonduran hadisə yaşanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 15 yaşlı məktəbli qız beş qohumununu amansızcasına qətlə yetirib. O, bu cinayətləri 16 yaşlı yeniyetmə oğlanla birlikdə törədib.
Məlumata görə, qız məktəbdə problemlər yaşadığından evdə distant təhsil alırmış. Yeniyetmə ailə münaqişəsi zəminində dəfələrlə evdən qaçıb. Bildirilir ki, qız iyulun əvvəlində anasının silahını götürərək, evi tərk edib və bir müddət onunla əlaqə saxlamaq mümkün olmayıb. Qadın qızının itkin düşməsini polisə bildirib.
Geri qayıdan qız 16 yaşlı sevgilisinin köməyi ilə beş qohumunu silahla və bıçaqla qətlə yetirib. Ölənlər arasında nənə, xala, iki ögey bacı-qardaş və qızın əmisi oğlu var. Dəhşətlisi budur ki, qız cinayətləri törətdikdən sonra meyitləri parçalayıb.
Qeyd olunur ki, qızın nənəsi 74 yaşlı Patrisiya Meyin baş barmağı 16 yaşlı oğlanın maşınında tapılıb. Prokurorlar hesab edirlər ki, yeniyetmə iPhone-un kilidini açmaq üçün mərhumun barmaq izindən istifadə edib.
Bundan əlavə, qızın 49 yaşlı xalası Şeri Meyin parçalanmış cansız bədəni zibil qutusunun arxasındakı plastik qabda tapılıb.
Qətllər iki evdə və şəhər parkında baş verib. Hər iki yeniyetmə polis tərəfindən saxlanılıb. Qızın işi yetkinlik yaşına çatmayanlar məhkəməsi tərəfindən araşdırılır, lakin prokurorlar onun yetkinlik yaşına çatmayanların yurisdiksiyasına keçirilməsini istəyirlər. 16 yaşlı oğlan isə birinci dərəcəli qətl və qətlə cəhd ittihamı ilə üzləşir.
Seymur Əli















.jpeg)






.jpg)




.jpeg)




















