Braziliya millisinin əfsanəvi futbolçusu Pelenin 1958-ci il dünya çempionatının finalında geyindiyi forma hərracda 4,88 milyon dollara satılıb.
"Unikal" xəbər verir ki, bu barədə “Sotheby’s” hərrac evinin mətbuat xidməti məlumat yayıb.
Pele həmin final oyununda iki qol vuraraq Braziliyaya tarixində ilk dəfə Dünya Kubokunu qazandırıb. Braziliya İsveç millisini 5:2 hesabı ilə məğlub edib.
17 yaş 249 günlüyündə finalda qol vuran Pele dünya çempionatı tarixinin ən gənc qol müəllifi olaraq rekordunu qoruyur. O, karyerası ərzində üç dəfə Dünya Kubokunun qalibi olan yeganə futbolçudur.
Qeyd edək ki, futbol formaları arasında rekord qiymət 9,3 milyon dollardır. Bu məbləğ 2022-ci ildə Dieqo Maradonanın 1986-cı il dünya çempionatında İngiltərəyə qarşı geyindiyi formaya ödənilib.







.jpeg)


























.jpg)


.jpg)







.jpg)




