Rusiyalı milyarderlər kütləvi şəkildə ölkədən çıxmağa başlayıblar.

"Unikal" xəbər verir ki, belə bir məlumatı "Bloomberg" yayıb.

Qeyd edilib ki, ən varlı ruslar vəsaitlərini kriptovalyuta, qızıl, xarici daşınmaz əmlak və investisiya fondlarına yatırırlar.

Əsas istiqamətlər BƏƏ, Kipr, Türkiyə və Səudiyyə Ərəbistanıdır. Göstərilən səbəblərə iqtisadi problemlər, bank riskləri və aktivlərin itirilməsi qorxusu daxildir.