Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə qida məhsullarının qarşılıqlı tədarükü, idxal-ixrac məsələlərinin tənzimlənməsi müzakirə olunub.
Heyvanların identifikasiyası və baytarlıq sahəsində informasiya sistemlərinin inteqrasiyası diqqət mərkəzində olub.
Onlayn görüşdə həmçinin ölkəmizə iribuynuzlu heyvanların idxalı üçün Rusiyanın attestasiyadan keçmiş karantin meydançalarına AQTA əməkdaşlarının planlaşdırılan səfərinin təşkili ilə bağlı detallar danışılıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.










.jpg)
















.jpeg)

.jpg)


.jpg)























