COP29 Sədrliyi və qarşıdan gələn COP31 Sədrliyi 22-23 iyul tarixlərində Azərbaycanda görüşəcək.
"Unikal"ın əldə etdiyi məlumata görə, görüş Şamaxı şəhərində keçiriləcək.
Beləliklə, Bakı və Ankara BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının (UNFCCC) danışıqlar qruplarının sədrlərini və nümayəndə heyətlərinin rəhbərlərini bir araya gətirən yüksək səviyyəli tədbirə birgə ev sahibliyi edəcək.
Bu qeyri-rəsmi toplantı, COP 31-dən əvvəl açıq dialoqu asanlaşdırmaq, etimad yaratmaq və iqlim tədbirləri üzrə kollektiv səyləri inkişaf etdirmək üçün platforma rolunu oynayacaq.
Ağarza Elçinoğlu

















































