Kəlbəcərdə bədbəxt hadisə baş verib.
"Unikal" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çəpli kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2015-ci il təvəllüdlü Z. Abutalıbov çaydan su götürmək istəyərkən çaya düşüb.
Dərhal hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Hazırda yeniyetmənin axtarışları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.















.jpg)
.jpg)

.jpg)






































