Bu ilin yanvar-iyun aylarında satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 475 kirayə müqaviləsi rəsmiləşdirilib.
Bu barədə "Unikal"a İpoteka və Kredit Zəmanət Fondundən məlumat verilib.
Bildirilib ki, bu il iyulun 1-nə bu mexanizm vasitəsilə 9 545 ailənin mənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60 %-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Ümumilikdə, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda (Bakı şəhəri 8, Abşeron rayonu 6, Sumqayıt şəhəri 3 ünvan) mənzillər təqdim edilib.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.




























.png)







_1766155543.jpeg)












