YAP Sumqayıt şəhər təşkilatının inzibatı binasında keçirilən Sumqayıt Bələdiyyəsinin 2026-cı ilin birinci yarısında fəaliyyətinin əsas nəticələrinə dair hesabat yığıncağı keçirilib.
"Unikal" xəbər verir ki, sədr Adil Xudadatov hesabat məruzəsi ilə geniş çıxış edib. Bildirib ki, 2026-cı ilin 6 ayı ərzində ümumilikdə Sumqayıt Bələdiyyəsinə daxil olmuş müraciətlər və digər zəruri məsələlər əsasında 18 bələdiyyə iclası keçirilib və bu iclaslarda müxtəlif səpkidə 761 məsələ müzakirəyə çıxarılıb.
Bələdiyyə rəhbərliyinin və icra aparatının şöbələrində qəbulda 1085 nəfər vətəndaş olub. Daxil olan ərizə və müraciətlərin baxılması qanunla müəyyən edimiş müddət ərzində təmin edilib. Bundan əlavə Sumqayıt Bələdiyyəsində şəhid ailələri və qazilər qəbul olunaraq onların müraciətləri dinlənilib, qayğı və problemləri ilə yaxından maraqlanılıb. Şəhid ailələri və qazılara göstərilən diqqət və qayğı dövlət-vətəndaş həmrəyliyinin, milli-mənəvi dəyərlərə verilən yüksək önəmin bariz nümunəsidir.
Sədr hər kəsin diqqətinə çatdırıb ki, 2026-cı ilin may ayının 16-dan 22-dək Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov və bələdiyyənin nümayəndə heyəti Türkiyə Respublikası Samsun Bələdiyyəsinin sədri Halit Doğanın dəvəti ilə partnyor şəhərə səfər edib. Nümayəndələr Samsun şəhərində 19 may - Atatürkü Anma, Gənclər və İdman bayramına həsr edilmiş tədbirlərdə iştirak ediblər.
Sumqayıt Bələdiyyəsinin 2026-cı ilə yerli sosial müdafiə proqramı əsasında bir sıra layihələr icra olunub. Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı 8 may tarixində Milli Qəhrəman Əliyar Əliyev küçəsi,Yaşıldərə Yeni Yaşayış Massivi ərazisində “Bələdiyyə parkı”nın açılış tədbiri keçirilib. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.
Novruz Bayramı münasibəti ilə keçirilən ümumşəhər tədbirinin ardınca Yaşıldərə yaşayış massivindəki Bələdiyyə parkında aztəminatlı ailələr , eləcə də massiv sakinləri üçün şənlik təşkil edilib.
Sumqayıt Bələdiyyəsinin 2026-cı ilə yerli sosial inkişaf proqramı çərçivəsində cari ilin birinci yarısında, sahəsi 1700 kv.metr təşkil edən Sumqayıt Bulvarında yerləşən yeni inzibati binanın alınması olub.
Bununla yanaşı cari ilin birinci yarısında bələdiyyənin sifarişləri əsasında icra edilmiş layihələr şəhər ərazisinin abadlaşdırılması, küçə və avtobus marşrutları boyu üzrə yolların əsaslı və cari təmiri, Sülh prospekti boyu məhəccərlərin quraşdırılması, “Bələdiyyə parkı”nın saxlanılması, küçələrin işıqlandırılması, Yeni Yaşayış Massivində yaşıllıq zonasının salınması və digər layihələr uğurla icra edilib. Cari ilin birinci yarısında yerliözünüidarəetmə orqanın sifarişləri əsasında Sarıqaya bağlar ərazisində 17 və 18 saylı avtobus marşurutu boyu yola yeni asfalt örtüyü qoyulub. Şəhid Milli Qəhrəman Əliyar Əliyev küçəsi 39 saylı marşurut istiqaməti,o cümlədən 33 saylı və 10 A saylı avtobus yolu da abadlaşdırılaraq asfaltlanıb.
Sumqayıt Bələdiyyəsinin Məhəllə komitələri tərəfindən 2026-cı ilin 6 ayı ərzində (yanvar-iyun) bir sıra layihələr həyata keçirilib. Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə məhəllə komitəsinin ərazisində İşağa Quliyev küçəsinə 2 min kv.m hissəsi asfalt örtüyü döşənmiş, Böyük Qafqaz küçəsinə isə 600 kv. metr hissəsinə asfalt qırıqları səpilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti əməkdaşları ilə kordinasiyalı fəaliyyət nəticəsində Bələdiyyə qulluqçuları küçə ticarətinə qarşı reydlər təşkil edib. Şəhər Nəqliyyatında maarifləndirici tədbirlər keçirilib.
İlin əvvəlindən “Bələdiyyə parkı”nda 19 min kv.metr qazona daimi xidmət göstərilib.
Şəhərimizin mühüm mədəniyyət ocaqlarından biri olan “Muğam və Yaradıcılıq Mərkəzi” 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Sonradan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun Sumqayıt Bələdiyyəsinə göstərdiyi etimad nəticəsində Muğam Mərkəzi bələdiyyənin mülkiyyətinə verilib. Muğam və Yaradıcılıq Mərkəzində ilk rəsmi tədbir 21 yanvar 2026-cı il tarixində keçirilib və həmin gün Sumqayıt Bələdiyyəsinin 2025-ci ilin fəaliyyətinə dair hesabat iclası təşkil olunub. Hesabat iclasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, eyni zamanda Azərbaycan Respublikası Şəhər Bələdiyyələri Milli Asossasiyasının sədri Təmraz Tağıyev, millət Vəkilləri və şəhər ictimayəti iştirak ediblər. Cari ilin ötən dövrü ərzində Mərkəz şəhərin ictimai-mədəni həyatında mühüm rol oynayaraq 15-dən artıq müxtəlif tədbirə ev sahibliyi edib.
Yeni Yaşayış Massivi 2-ci məhəllə ərazisində Dəmir yolundan əraziyə keçid üçün beton panelli körpü tikilib.
Həmçinin ərazidə çirkab sularının axıdılması məqsədilə 250 metr uzunluğunda kanalizasiya xətti çəkilib. İnşaatçı 1 saylı məhəllə komitəsinin ərazisində diametri 300 mm olan kanalizasiya boruları təmizlənmiş, ərazidəki məktəb yoluna yeni kanalizasiya borusu salınıb .
Hesabat dövründə Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq məlumatlar çatdırılıb.
Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilir, müxtəlif telekanalların vasitəsi ilə yayımlanır. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılmasında bələdiyyənin elektron səhifəsi, poçtu, sosial şəbəkə hesabları, məlumat lövhələrinin resurslarından da geniş istifadə edilmişdir. Bələdiyyənin təşkil etdiyi müxtəlif tədbirlərlə bağlı paylaşımlar apa.az, belediyye.info, belediyye-info.az , Den.az, Denmedia.az “Sumqayıt” qəzeti və müxtəlif mətbuat orqanlarında işıqlandırılıb.
Daha sonra Sumqayıt Bələdiyyəsinin sədr müavinləri Nərmin Mehdiyeva, Orxan Bəndəliyev , Orxan Adıgözəlov xidməti sahələri üzrə fəaliyyətlərinə dair hesabat veriblər.
Ardınca Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Əli Ələkbərli, Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi Hüseyn Məmmədov, Azərbaycan Bələdiyyələri Milli Assosiasiyasının "Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi" QSC-nin direktoru Adil Əhmədov, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəis müavini Bayram Bayramzadə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisi Anar Həsənov, Ədliyyə İdarəsinin əməkdaşı Rüfanə Ömərova, Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri Eldar İsmayılov və Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Gündüz Əliyev çıxış edərək , Sumqayıt Bələdiyyəsinin fəaliyyətinin qənaətbəxş hesab ediblər. Sonda bir sıra Bələdiyyə qulluqçusuna Fəxri Fərmanlar təqdim edilib.




.png)







_1766155543.jpeg)























.jpg)


.jpg)












