"Beynəlxalq praktika göstərir ki, tərəvəz məhsullarının maya dəyərində toxum xərcləri 10 faizə yaxın paya malikdir. Daha orqanik məhsullarda bu pay nisbətən çoxdur. Bu baxımdan, toxumçuluğun inkişaf etdirilməsi bir tərəfdən kənd təsərrüfatı məhsulları üzrə xərcin azalmasına, digər tərəfdən isə məhsuldarlığın yüksəlməsinə səbəb olar".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan “Toxumçuluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, qlobal olaraq istehsal edilən buğdanın 15 faizə qədəri toxum üçün saxlanılır: "Kənd təsərrüfatı üzrə ixtisaslaşmış dövlətlərdə toxumluq buğdanın 85 faizə qədəri yerli istehsal hesabına ödənilir. Azərbaycanda buğda ehtiyat 3.343 milyon tondur. Bunun 1.649 milyon tonunu istehsal təşkil edir. Toxumluq buğda isə 111.447 min tondur. Bu o deməkdir ki, toxumluq buğda ehtiyatlar ilə müqayisədə 3.3, istehsal ilə müqayisə də isə 6.7 faiz paya malikdir. Tərəvəz məhsulları üzrə ehtiyatımız 2.237 milyon ton, istehsal 1.838 milyon ton, toxum isə1.063 min tondur. Görüdüyü kimi, tərəvəz məhsulları üzrə toxum ehtiyatı ümumi istehsalın heç 1 faizinə də çatmır. Rəsmi statistikaya əsasən, bostan məhsulları üzrə ehtiyat 494.591 min, bu məhsulların istehsalı 490.558 min, toxumluq məhsul isə cəmi 290 tondur. Göründüyü kimi, toxum ehtiyatları üzrə istehsalın payının artırılmasına ehtiyac var.
Bu həm dövlət proqramının əsas istiqamətlərindəndir, həm də idxalın azalmasına səbəb ola bilər. Konseptual olaraq istehsalın genişləndirilməsi, idxalın azaldılması toxumçuluqda əsas hədəflərdən hesab edilir. Hüquqi bazanın möhkəmlənməsi isə bu sahədə hədəflərə çatmağa dəstək olacaq".
Anar Kəlbiyev









_1766155543.jpeg)






















.jpg)


.jpg)
















