Braziliya millisinin futbolçusu Neymar ölkəsinin futbol tarixində yeni rekorda imza atıb.

"Unikal" xəbər verir ki, təcrübəli forvard dünya çempionatının 1/8 final mərhələsində Norveç yığmasına qarşı keçirilən və komandasının 1:2 hesabı ilə məğlub olduğu görüşdə fərqlənərək “sambaçılar”ın heyətində 80-ci qolunu vurub.

Bununla da 34 yaşlı hücumçu yığma tarixində 80 qola çatan ilk futbolçu olub.

Bu göstəricidə ikinci pillədə 77 qolla Pele qərarlaşıb. İlk “beşlik”də, həmçinin 62 qolla Ronaldo, 55 qolla Romario və 48 qolla Ziko yer alıblar.

Qeyd edək ki, Neymar Norveçə məğlubiyyətdən sonra Braziliya millisindəki karyerasını bitirdiyini açıqlayıb.