Xəbər verdiyimiz kimi, iyulun 4-də Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib.

"Unikal"ın məlumatına görə, partlayış zamanı həyatını itirən İsrafilova Zəhra Pərvin qızı bu il 158 nömrəli tam orta ümumtəhsil məktəbindən məzun olub.

Mərhumun imtahanlarda yüksək bal topladığı bildirilir.