ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İran nüvə proqramını bərpa etməyə və ya silahlı qrupları dəstəkləməyə cəhd edərsə, Vaşinqton "hərbi əməliyyat seçimlərini" saxlayır".

"Unikal" xəbər verir ki, o, ABŞ-nin Tehrana strateji təzyiq göstərməyə davam etdiyini vurğulayıb.

Vens qeyd edib ki, ABŞ kəşfiyyatı ABŞ hərbi zərbələrinin İranın nüvə proqramının inkişafını əhəmiyyətli dərəcədə ləngitdiyini təxmin edir.

O bildirib ki, əməliyyatların məqsədi ölkənin hərbi imkanlarını zəiflətmək idi ki, onları bərpa etmək üçün edilən hər hansı bir cəhd təhlükə yaratmasın.