İranın ABŞ-İsrail hücumunda öldürülən Ali Dini lideri Əli Xamenei hələ dəfn olunmayıb. 

"Unikal" xəbər verir ki, bunu İnqilab Liderinin dəfn qərargahının sözçüsü İman Əttarzadə X hesabında yazıb. 

"İlk dəfə olaraq elan edirik ki, şəhid İmamımızın və şəhid ailə üzvlərinin müqəddəs cəsədi dini və hüquqi standartlara uyğun olaraq son dərəcə hörmət və qayğı ilə qorunub saxlanılıb. Cəsədlər dəfn edilməyib və ya kremasiya edilməyib, həmçinin etibarnaməyə də verilməyib", - deyə o açıqlayıb. 

Qeyd edək ki, Xamenei ilə vida mərasimi 4-9 iyul tarixlərində baş tutacaq. Mərasimə 35 milyon insanın qatılacağı gözlənilir. 

Ağarza Elçinoğlu