Rusiya hökuməti Latviya, Finlandiya və Estoniya ilə dövlət sərhədindəki bir neçə dəmir yolu keçid məntəqəsinin bağlanması barədə əmr verib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, müvafiq dəyişikliklər Nazirlər Kabinetinin qərarında əksini tapıb.
Xüsusilə, Sankt-Peterburq-Finlandiya və Vıborq keçid məntəqələrinin, eləcə də bir sıra digər keçid məntəqələrinin fəaliyyəti dayandırılacaq.
RusiyaXarici İşlər Nazirliyinə qərarın 1 iyul tarixindən qüvvəyə minəcəyi barədə Latviya, Estoniya və Finlandiya hakimiyyət orqanlarını məlumatlandırmaq tapşırılıb. Dərhal qüvvəyə minən bu qərarla yuxarıda qeyd olunan sərhəd keçid məntəqələrindən insanların, nəqliyyat vasitələrinin, malların və yüklərin hərəkəti dayandırılacaq.
Bağlanacaq buraxılış məntəqələrinin siyahısına həmçinin Kareliyanın Finlandiya ilə sərhəd keçid məntəqələri olan Vyartsilya və Lyuttya, Leninqrad vilayətindəki Svetoqorsk, Estoniyanın Peçorı-Pskovskie və Pskov vilayətindəki Latviyanın Pıtalovo buraxılış məntəqələri də daxildir.






















































