"Oxu.az" xəbər saytı 13 yaşını qeyd edir.
"Unikal" xəbər verir ki, sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb. "Oxu.az" "Global Media Group" media holdinqinin tərkibində fəaliyyət göstərir.
Fasiləsiz işləyən saytda onlarla işçi çalışır. Sayt hər gün yüzlərlə xəbəri Azərbaycan və rus dillərində təqdim edir.
"Oxu.az" kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.






















































