Ermənistan Rusiyaya məhsul ixracında yaranan problemlərlə bağlı Avrasiya İqtisadi Komissiyasına (AİK) müraciət edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan açıqlayıb. 

"Bizə tətbiq olunan maneələri və məhdudiyyətləri nəzərdən keçirmək üçün Avrasiya İqtisadi Komissiyası (AİK) ilə əlaqə saxladıq", - deyə nazir qeyd edib. 

Rusiya əvvəllər gül, balıq, tərəvəz və konyak da daxil olmaqla bir sıra Ermənistan mallarının idxalına məhdudiyyətlər qoymuşdu.

Ağarza Elçinoğlu