Bu il mayın 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 792,3 min nəfər olub, onlardan 862,8 min nəfəri dövlət sektorunda, 929,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
"Unikal" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, muzdla çalışan işçilərin 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 %-i təhsil, 13,8 %-i sənaye, 8,7 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,1 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i maliyyə və sığorta fəaliyyəti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.































.jpg)










.jpg)







