Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Mərkəzi İcraiyyə Komitəsinin kiritik partiya məclisinin iclasından əvvəl 9 deputatı xaric etmək tələbi irəli sürüb. Bu, partiya daxilində qalmaqala səbəb olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun fonunda Özgür Özəlin komandasından olan 28 Partiya Məclisi üzvü CHP-nin Partiya Məclisindən istefa verib.
Partiya Nizamnaməsinə əsasən, Partiya Məclisinin üzvlərinin sayı ümumi üzv sayının üçdə ikisindən (40 nəfərdən) aşağı düşdüyü təqdirdə, 45 gün ərzində qurultayın keçirilməsi məcburidir.
Qeyd edək ki, Kemal Kılıçdaroğlunun liderlik vəzifəsinə qayıtması ilə Özgür Özel və komandasının səlahiyyət müddəti başa çatıb. Bundan sonra CHP daxilində ikili liderlik yarışı başlayıb. Bu gün Kılıçdaroğlunun qrup iclasında çıxış etməsi gözlənilirdi, lakin Özel ona fürsət vermədən komanda üzvlərinin istefa verdiyini açıqlayıb.
Belə ki, CHP-nin Partiya Şurasının 57 üzvündən 28-i istefa verib.
Beləliklə, Partiya Nizamnaməsinin 24/3-cü maddəsinə uyğun olaraq, həm Partiya Məclisi, həm də onun daxilindən seçilmiş Mərkəzi İcraiyyə Şurası rəsmi olaraq buraxılıb. Partiyanın nizamnaməsinə görə, partiya şurası üzvlərinin yarıdan çoxu istefa verərsə, növbədənkənar seçkilər təyin olunmalıdır.
Gülayə Mecid



































.jpg)










.jpg)


